24 noyabr 2017 22:44
652

İsrail televiziyasının əməkdaşı ölkəmizlə bağlı veriliş hazırlayıb

İsrailin televiziya verilişi “Open Skies” dünya turizmi və ənənəvi mətbəx haqqında hazırladığı silsilə proqramlardan birini Azərbaycana həsr edib.

AZƏRTAC xəbər verir ki, çəkilişləri Bakı şəhərində aparılan layihə Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə ərsəyə gəlib. Çəkiliş komandası paytaxtımızın gözəlliyinə valeh olub və Azərbaycanda çəkilən epizodun izləyicilər tərəfindən maraqla qarşılanacağına əmindir.

Verilişin direktoru və aparıcısı Gil Hov İsrailin məşhur televiziya simalarından sayılır. Yüksək reytinqli veriliş tamaşaçılarda göstərilən məkana diqqəti cəlb edir və səyahətə həvəs yaradır.