24 noyabr 2017 23:37
1249

“Aqrolizinq” ASC-nin Sabirabad regional nümayəndəliyinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad regional nümayəndəliyinin 2015-ci il 1 iyul tarixdən 2017-ci il 4 iyul tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin daxili auditi aparılıb.

Audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.