26 noyabr 2017 01:57
880

Əhalinin nominal gəlirləri 8,2 faiz artıb

Yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,2 faiz artaraq 40190,7 milyon manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 4131,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövr ərzində gəlirlərin 85,3 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,4 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36773,0 milyon manatlıq vəsait qalıb.