28 noyabr 2017 19:51
561

Vergilər Nazirliyi: “UBER” taksi xidmətlərinə görə xaricə köçürülən məbləğdən ƏDV tutulacaq

Banklar tərəfindən özlərinin proqram təminatlarında müvafiq texniki işlərin həyata keçirilməsi və "UBER" taksi xidmətlərinə görə Azərbaycan rezidentləri tərəfindən xaricə köçürülən məbləğdən ƏDV tutulacaq.

Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyindən məlumat verilib.

"Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə Vergilər Nazirliyində "UBER" taksi xidmətlərinin vergiyə cəlb olunması məsələsi ətrafına bir neçə dəfə görüşlər keçirilib. Banklar tərəfindən özlərinin proqram təminatlarında müvafiq texniki işlərin həyata keçirilməsi və "UBER" taksi xidmətlərinə görə Azərbaycan rezidentləri tərəfindən xaricə köçürülən məbləğdən ƏDV-nin tutulacağı onlara deyilib", - deyə nazirlikdən bildirilib.