Bu il Ukrayna vətəndaşları “qara cümə” zamanı alış-verişə ötən ilkindən daha çox pul xərcləyiblər.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, bu il Ukrayna vətəndaşları “qara cümə” zamanı alış-verişə təxminən 100 milyon qriven (3 mln.800 min dollar) xərcləyib. Bu da ötən ilki “qara cümə” kampaniyası zamanı alış-verişə qoyulan məbləğdən 20-30 faiz çoxdur.
Ukraynada qadınların 60 faizi “qara cümə”nin alış-verişindən istifadə edib.