Lüksemburqun “Delano.lu” portalında “Lüksemburq Beynəlxalq Bazar”ında təmsil olunan stendlər barədə məlumat dərc edilib.
Ölkəmizin stendinin şəkli yerləşdirilən yazıda Lüksemburq hersoginyası Mariya Terezanın, eləcə də Baş nazir Ksavye Bettelin stendləri ziyarət etdikləri diqqətə çatdırılır.
Yazıda Azərbaycan stendində yerli məhsulların daha çox ziyarətçi cəlb etdiyi bildirilir.
Xatırladaq ki, ölkəmiz “Lüksemburq Beynəlxalq Bazar”ında Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin, Azərbaycan-Lüksemburq Ticarət Palatasının və “Qarabağ” Assosiasiyasının təşkilatçılığı ilə təmsil olunub.