28 noyabr 2017 21:24
1137

İmişlidə müasir istixana kompleksi istifadəyə verilib

İmişlidə 2,5 hektar sahəsi olan müasir istixana kompleksi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, “Araz Agro Alko Kombinat Holdinq” tərəfindən inşa olunan kompleksin tikintisinə ötən ilin mayında başlanılıb. İstixana kompleksində məhsulların saxlanılması üçün anbarlar, iki qazanxana, yardımçı və inzibati binalar inşa edilib. Əkin aparılacaq torpaq sahəsindən nümunələr götürülərək analiz olunması üçün müvafiq laboratoriyaya göndərilib, həmçinin torpağa aqrotexniki qulluq göstərilib.

İstixanada pomidor yetişdirilməsi nəzərdə tutulub. Kompleksdə Hollandiyadan gətirilmiş 70 min ədəd “Maxito” növlü pomidor şitilinin əkilməsinə başlanılıb. Hər bitkidən 5-6 kiloqram məhsul əldə olunacağı gözlənilir.

Burada işçilər üçün hər cür şərait yaradılıb və 50 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.