01 dekabr 2017 22:41
672

İspaniyanın və Avropanın ən böyük banklarından olan “Santander” törəmə bankını satır

AZƏRTAC xəbər verir ki, “İspaniyanın və Avropanın ən böyük banklarından olan “Santander” tırəmə bankı olan “Banco Popular”ı ABŞ-da 444 milyon avroya satışa çıxarıb. AZƏRTAC xəbər verir ki, bu əməliyyat “Santander”ə 170 milyon avro kapital artımı verəcək.

“Banko Popular”ın bütün kapitalı ABŞ-ın “Totalbank”na satacaq. Bask vilayətində yaradılmış “Santander” bankı bu əməliyyatdan CET1 (tam dolu) üzrə 5 punktda gəlir əldə edəcəyini və qeyri-maddi məqamlar üzrə möhkəmlənəcəyini bəyan edib. Alqı-satqı əməliyyatı 2018-ci ilin ortasınadək yekunlaşacaq.

“Totalbank” Florida ştatında yerləşir, 18 ofisi var və aktivi 3.106 milyon dollar təşkil edir.

“Santander” bankı isə İspaniyanın ən qədim və köklü ailələrindən biri olan Botinlərə məxsusdur. Rəhbərlik əmin edib ki, alqı-satqı əməliyyatından bankın müştəriləri bir sent belə itirməyəcək.