Ölkə üzrə 195 min tondan çox pambıq təhvil verilib

02 dekabr 2017 23:40
717

Dekabrın 2-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 195 min 84 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 571,17 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndə gedirlər. Ölkə üzrə tədarük olunan pambığın 25 min 251 tonu bu rayonun payına düşür. Biləsuvarda 23862 ton, Bərdədə 21001 ton, Ağcabədidə 19225 ton və Sabirabadda 17281 ton pambıq tədarük olunub.

AZƏRTAC pambıq tədarükünə dair dekabrın 2-nə olan operativ məlumatı təqdim edir.