03 dekabr 2017 00:40
814

Azərbaycana 200 milyon dollar dəyərində ixrac təklifi

"Rusiya İxracat Mərkəzi" SC Azərbaycana məhsul ixracı üzrə 20 layihənin dəstəklənməsi imkanını nəzərdən keçirir.

Trend-ə bu barədə "Rusiya İxracat Mərkəzi" SC-nin nümayəndəsi Elmira Kaçayeva deyib.

Onun sözlərinə görə, demək olar ki, bütün layihələr qeyri-maliyyə xidməti sahələrini əhatə edir.

E.Kaçayeva deyib: "Əgər bu layihələr həyata keçirilsə, o zaman ixracın həcmi 200 milyon dolları keçə bilr".

Qeyd edək ki, bu gün üçün "Rusiya İxracat Mərkəzi" SC Azərbaycana 500 milyon dollar dəyərindən çox ixracı dəstəkləyib.