Ucar rayonunda çəltik biçini başa çatıb və sahələrdən 1396 ton məhsul götürülüb.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın müxbirinə bildirilib ki, bölgədə bu il 10 inzibati ərazi vahidində 669 hektar sahədə çəltik yetişdirilib. Biçin mütəşəkkil keçirilib, orta məhsuldarlıq 25,4 sentner olub. Çəltikçiliklə daha çox məşğul olunan ərazilərdə, o cümlədən Şahlıq, Qaziyan, Bağman, Qazıqumlaq ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub. Qazıyandan 70 hektarda çəltik yetişdirən Surxay Rəhimova məxsus ailə-fermer təsərrüfatında, 15 hektarda biçin aparan Sadıq Abasova, Şahlıqan 14 hektar çəltik sahəsi olan Ağahüseyn Əzizova məxsus sahələrdə hər hektardan 26-28 sentner məhsul götürülüb.