06 dekabr 2017 14:31
575

Maliyyə Nazirliyi 20 mln. manatlıq istiqraz yerləşdirib

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106004648 ISIN-li, 20 mln. manatlıq, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 7 investor qiyməti 86,5422 manat (18%) – 102,4977 manat (11%) olan 13 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100 manat (12%), orta ölçülmüş qiyməti isə 100,9205 manat (11,6277%) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 351 400, yerləşdirilmiş məbləği isə 20 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 1 dekabr 2020-ci ildir. Hərrac iştirakçıları ən geci bu gün istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.