Ötən hesabat həftəsində ABŞ-da benzin ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ABŞ-da benzin ehtiyatları 9,2 milyon barrel artıb. Beləliklə də, ABŞ-da benzin ehtiyatları son dörd həftə içərisində ilk dəfə olaraq artım göstərib.
Əgər API-nın açıqladığı həmin rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlərlə eyni olarsa ABŞ-da benzin ehtiyatları 2016-cı ilin yanvarından indiyədək ən böyük artımı göstərmiş olacaq.
API-nın məlumatlarına görə, keçən həftə ABŞ-da xam neft ehtiyatları azalıb.