06 dekabr 2017 20:29
655

Azərbaycanda pul bazası illik müqayisədə 1 mlrd. manata yaxın artıb

Azərbaycanda pul bazası bu il dekabrın 1-nə 8 686,8 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 155,2 mln. manat və yaxud 1,8% çoxdur.

İlin əvvəlinə nisbətən pul bazası 826,3 mln. manat və yaxud 10,5%, son 1 ildə isə 984,6 mln. manat və yaxud 12,8% artıb.