08 dekabr 2017 18:17
644

Biləsuvarda indiyədək 21 min hektardan çox sahədə taxıl əkilib

Biləsuvarda taxıl əkini müvəffəqiyyətlə davam edir. Səpin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri əkini qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan istifadə edirlər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul istehsalçıları səpin başlayandan bu günədək 21 min 380 hektar sahəyə toxum səpiblər. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min 210 hektar çoxdur. Səpin aparılmış sahələrin 11 min 721 hektarını buğda, 11 min 659 hektarını isə arpa sahələri təşkil edir. Məhsul istehsalçıları bundan sonra daha 2 min hektar sahəyə toxum səpməyi planlaşdırırlar.

Qeyd edək ki, biləsuvarlı əkinçilər ötən il 20 min 170 hektar sahədə payızlıq taxıl əkiblər.