08 dekabr 2017 20:10
639

Füzuli rayonuna sahibkarlıq fəaliyyəti ilə əlaqədar 10 milyon manatdan çox investisiya qoyulub

Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar üçün yerlərdə əlverişli şəraitin yaradılması barədə tapşırıqları Füzuli rayonunda diqqət mərkəzində saxlanılır.

Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sahibkarlar kənd təsərrüfatı, kiçik emal müəssisələri quraraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, fəaliyyətlərini genişləndirir, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Təkcə 2017-ci ilin ötən dövründə Füzuli rayonuna sahibkarlıq fəaliyyəti ilə əlaqədar 10 milyon manatdan çox investisiya qoyulub, kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər həyata keçirilib, özəl sektorun çəkisi artıb. Bu dövrdə rayonda 2700 hektarda aqropark, hər biri 1000 hektar olan 4 iri taxılçılıq, 500 hektarda toxumçuluq təsərrüfatı, 10 hektar ərazidə istixana kompleksi, Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası və digər obyektlər yaradılıb.