12 dekabr 2017 22:11
780

Dekabrın 17-də "Super Bitcoin"in hardforku baş tutacaq

Bazar günü, dekabrın 17-də "Super Bitcoin"in hardforku, yəni, "Bitcoin"in bölünməsindən sonra yaranacaq yeni virtual valyuta ortaya çıxacaq. 

"Report" xəbər verir ki, "Super Bitcoin"in buraxılması çinli milyonçu Li Syaolayın təşəbbüsüdür. Nəticədə, "Bitcoin"in bloku 8 meqabayta yüksələcək. Bölünmə 498 888 nömrəli blokda baş tutacaq.

"Super Bitcoin"in sayı, buraxılması planlaşdırılan 21 210 000 "Bitcoin"in içində olacaq. Bunlardan 210 000 ədədi ilkin "mining"də emissiya olunacaq.

Dekabrda daha 4 hardfork gözlənilir. Dekabr ayının 23-də "Lightning" və "Platinium", dekabrın 25-də "Bitcoin God" və 31-də "Bitcoin Uranium" yaranacaq.