12 dekabr 2017 22:15
923

SOCAR rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

Dekabrın 12-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyinin, çoxminli kollektivinin təmsilçiləri onun Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.SOCAR nümayəndələri milli dövlətçiliyimizin qurucusu, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçək dəstələri düzmüşlər.