14 dekabr 2017 21:19
736

Noyabrda qlobal neft təklifi artıb

Noyabr ayında qlobal neft təklifi artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Hesabata görə, qlobal neft təklifi noyabr ayında oktyabrla müqayisədə 200 min barrel artaraq 97 milyon 800 min barrelə yüksəlib.

Keçən ay Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft istehsalı gündəlik 300 min barrel artaraq 58 milyon 500 min barrelə çatıb. Qlobal hasilatda yüksəlişə ABŞ-da neft istehsalının artması və Qazaxıstanın hasilatının yaxşılaşması təsir edib.

IEA-nın hesablamalarına görə, 2018-ci ildə qlobal neft tələbatı gündəlik 1 milyon 300 min barrel artaraq orta hesabla 99 milyon 100 min barrelə çatacaq.

İllik tələbatda 34 milyon 700 min barrel ilə Asiya və Sakit Okean ölkələri ilk sırada yer alıb. Onu 31 milyon 600 min barrel ilə Amerika qitəsi və 15 milyon barrel ilə Avropa izləyir.