15 dekabr 2017 19:56
817

Qəri Counz: “Big Data” Tədqiqat Mərkəzində yetişən mütəxəssislər gələcəkdə BP-də çalışa bilərlər

“Big Data” Tədqiqat Mərkəzində yetişən mütəxəssislər gələcəkdə BP-də çalışa bilərlər.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

O bildirib ki, Azərbaycanda ilk dəfə “Big Data” Tədqiqat Mərkəzi yaratmaqda BP-nin əsas məqsədi ölkədə bu sahədə mütəxəssislərin yetişdirilməsidir. Bu mərkəzdə yetişən mütəxəssislər gələcəkdə BP-də də çalışa bilərlər: “Çünki biz yeni kəşfiyyat işləri aparırıq və bunun üçün də məlumatları emal edən daha çox mütəxəssis lazımdır. Gələcəkdə BP-nin bu sahəni bilən mütəxəssislərə ehtiyacı olacaq. Çünki biz ölkənin karbohidrogen ehtiyatları barədə daha çox məlumat əldə etmək istəyirik”.