16 dekabr 2017 17:21
828

Kulevi limanı 2200-cü tankeri qəbul edib

SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalının limanı indiyədək 2 min 200 tankeri qəbul edib və yola salıb.

AZƏRTAC terminalın saytına istinadla xəbər verir ki, Kulevi limanı 2008-ci il mayın 16-da fəaliyyətə başlayıb. Ötən doqquz ildə limanın tutumu artırılıb. Həmçinin də qəbuletmə, yükləmə və yolasalma əməliyyatlarının payı artıb, nəticədə isə liman 2 min 200 tankeri qəbul edib və yola salıb. Liman ilboyu fasiləsiz fəaliyyət göstərir.

Liman 2100-cü tankeri bu il may ayının sonunda qəbul etmişdi.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb.