Latviyada “Azərbaycan Ticarət Evi" MMC (“Trading House of Azerbaijan”) yaradılıb və Latviya Respublikası Müəssisələrinin Kommersiya Reyestri tərəfindən qeydiyyata alınıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlmata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Riqada Azərbaycan Ticarət Evinin təşkili işləri davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Ticarət Evi yerli məhsullarımızın "Made in Azerbaijan" brendi altında Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, həmçinin Latviya vasitəsilə Avropa bazarına məhsul ixracı və satışında sahibkarları dəstəkləyəcək.
Məhərrəm Ağalaroğlu,
“İki sahil”