Bu gün “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycanın dövlət zəmanəti, eləcə də Asiya İnkişaf Bankının (ADB) zəmanəti ilə 524,5 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə (CQD) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.
Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunan kredit müqaviləsinə dair zəmanət müqaviləsini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD-nin baş direktoru Əfqan İsayev imzalayıb.