İmişlidə qoyunçuluq əsas təsərrüfat sahələrindən biridir. Rayonda təsərrüfatın bu sahəsinə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi rayonda onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun təsərrüfatlarında 255 min 725 baş qoyun-keçi bəslənilir ki, bu da ötən ildəkindən 6089 baş çoxdur. Qoyunun əti və südü kimi yunu da yüksək qiymətə satılır. Carı ildə fermerlər bəslədikləri qoyunlardan ümumilikdə 379 ton yun tədarük ediblər. Hər qoyundan orta hesabal 1,6 kiloqram yun götürülüb. Ötən il isə bu rəqəm 1,5 kiloqram olub.
Rayonda ən yüksək nəticəni fermer Elçin Bəylərov əldə edib. O bəslədiyi 800 qoyunun hər birindən 1,7 kiloqram yun götürüb.