Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 12 ədəd 7,5 kVa gücündə 1 fazalı (benzin ilə işləyən) qaynaq aqreqatına, 8 ədəd 30-32 kVa gücündə 3 fazalı (dizel ilə işləyən) qaynaq aqreqatına, 20 ədəd 15kVa-21kVa (16.9KVT) gücündə 3 fazalı (dizel ilə işləyən) qaynaq aqreqatına və 10 ədəd 2040 zərbə/dəqiqə tezlikli Perferatora olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (29003-16) elan edir.
Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 04.03.2016-cı il, Bakı vaxtı ilə saat 18:00-a qədər Azərbaycan, ingilis və ya rus dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.
Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.
Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 17.03.2016-cı il, Bakı vaxtı ilə saat 10.00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
- Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dillərində əldə etmək istəyənlər 200 manat (ƏDV -daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın II bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
Hesab nömrəsi: Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871,
Müştəri xidməti Departamenti, Kod: 805250,
Müxbir hesab: AZ03NABZ01350100000000002944,
VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Müqavilənin icra müddəti:
Satınalma müqaviləsinin 60 təqvim günü müddətinə yerinə yetirilməsi tələb olunur.
Satınalan təşkilatın ünvanı: AZ1025;
Bakı şəhəri; Xətai rayonu; Yusif Səfərov küçəsi; 23
Əlaqələndirici şəxs: Qasımov Araz Əvəz oğlu.
“Azəriqaz” İB-nin Satınalmaların təşkili şöbəsinin rəis müavini
+994125210000 (daxili 29088)
+994124904272 (faks)
Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:
www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)
Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:
Zərflərin açılışı 17.03.2016-cı il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.
Müsabiqənin nəticəsi haqqında məlumat:
Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:
http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards
“Azəriqaz” İB-nin Satınalmalar qrupu