27 dekabr 2017 19:29
547

Paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsalın həcmi 24 faiz artıb

Cari ilin yanvar-noyabr aylarında Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 491 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə bu sektorda istehsalın həcmində əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 24,3 faizlik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 20,9 faiz artaraq 205,6 milyon manat təşkil edib.