27 dekabr 2017 19:54
624

Qubada bayram yarmarkası açılıb

Dekabrın 27-dən etibarən Quba şəhərində bayram satış yarmarkası açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni il bayramı ərəfəsində Quba sakinlərinə bir sıra ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.

Ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətdən 15-20 faiz ucuz təklif olunur. Yarmarkaya 35 çeşiddə 10 tondan çox məhsul çıxarılıb.

Bayram bazarlığı edən alıcılar, eləcə də istehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildirirlər.