206 min tondan çox məhsul təhvil verilib

27 dekabr 2017 22:13
546

Dekabrın 27-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 206 min 119 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 211 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar dekabrın 27-dək 25 min 727 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.

AZƏRTAC pambıq tədarükünə dair dekabrın 27-dək olan operativ məlumatı təqdim edir.