Pambıq tədarükünə dair operativ məlumat

05 yanvar 2018 20:09
557

Yanvarın 5-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 206 min 955 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 52 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar yanvarın 5-dək 25 min 748 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuşdu. O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. Bu tədbirlərin davamı olaraq, gələn il pambığın alış qiyməti hər ton üçün 100-110 manat artırılacaq.

AZƏRTAC pambıq tədarükünə dair yanvarın 5-dək olan operativ məlumatı təqdim edir.