05 yanvar 2018 22:18
747

İqtisadiyyat Nazirliyində yeni təyinat

Ayaz Əliyev İqtisadiyyat Nazirliyi Aparatının sədri təyin olunub.

Trend-in məlumatına görə, A.Əliyev daha əvvəl aparat sədrinin müavini vəzifəsində işləyib.

Hazırda İqtisadiyyat Nazirliyinin aparat rəhbərliyi iki nəfərdən ibarətdir: Ayaz Əliyev sədr, Orxan Novruzov sədr müavini vəzifəsini daşıyır.