11 yanvar 2018 17:46
617

“Petkim” ildə 200 giqavat elektrik enerjisi istehsal edəcək

“Petkim” neft-kimya holdinqinin İzmirin Əliağa rayonunda inşa etdiyi külək elektrik stansiyasında (KES) ildə 200 giqavat elektrik enerjisi istehsal olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumat yayıb. Bildirilir ki, “Petkim KES”dəki 17 külək turbini ildə 200 giqavat elektrik enerjisi istehsal edəcək.

Qeyd edək ki, layihə üzrə 51 meqavat gücü və 17 turbindən ibarət olan külək elektrik stansiyasında turbinlərin quraşdırılması ötən il yekunlaşıb.

SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.