12 yanvar 2018 19:22
592

2,9 milyon manat məbləğində ixrac dəstəyi ödənilib

İxrac təşviqi sahəsində ötən il uğurlu il oldu. Azərbaycan hökuməti tərəfindən ixracatçılara 2,9 milyon manat məbləğində ixrac dəstəyi ödənilib.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev jurnalistlərə müsahibəsində bildirib.

“Azərbaycan ixracatçısı xarici bazarlara öz mallarını ixrac etdikdən sonra bu valyutanı ölkəyə gətirərək Azərbaycan dövlətinin dəstəyini əldə edir və müxtəlif mallardan asılı olaraq 3 faizdən 6 faizə qədər bu dəstək Azərbaycan hökuməti tərəfindən ixracatçılara göstərilir”, - deyə nazir müavini bildirib.