17 aprel 2018 00:57
1120

"Mavi diş" kralın xəzinəsi tapılıb

Almaniyanın Rugen adasında Danimarka kralı Haralda məxsus xəzinə tapılıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mavi diş" ləqəbli kralın xəzinəsi ərazidə arxeoloji qazıntılar zamanı aşkar edilib. 

Xəzinə külli miqdarda zinət aşyaları və təxminən 500-600 ədəd dəmir pul əskinasdan ibarətdir.

Qeyd edək ki, Danimarkaya xristianlığı 910-987-ci illərdə yaşayan kral Harald gətirib. Dişlərinin rənginə görə, o, daha çox "Mavi diş" ləqəbi ilə tanınıb.