19 sentyabr 2019 17:07
707

“ABAD”ın ümumi dövriyyəsi 80 faiz artıb

Bu günədək 326 sənətkar və qida sahəsi üzrə fəaliyyət göstərən 66 ailə “ABAD”çı olaraq qeydiyyatdan keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.

C.Salmanov bildirib ki, “ABAD”ın ümumi dövriyyəsi ötən illə müqayisədə 80 faiz artıb.