09 iyul 2019 15:15
1014

Abonentlərin sayı 2 milyon 231 min 222-yə çatıb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 231 min 222-yə çatıb.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu ilin yanvar-iyun aylarında birlikdə əhali sektoru üzrə 47 min 596 yeni abonent qeydiyyata alınıb. Bunun da 24 min 670-i Bakı, Abşeron və Sumqayıt, 22 min 926-sı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 231 min 222-yə çatıb.