22 yanvar 2021 00:47
673

ABŞ-da COVID-19-dan ölənlərin sayı neçə mini ötüb?

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 178 225 yoluxma halı qeydə alınıb, 4229 nəfər vəfat edib.

"İki sahil" bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 24,4 milyon yoluxma qeydə alınıb.

ABŞ-da COVID-19-dan ölənlərin sayı 406 mini ötüb.