04 avqust 2019 10:49
999

ABŞ-da dəhşətli cinayət: 20 ölü, 40-dan çox yaralı

Xəbər veridyimiz kimi ABŞ-ın Texas ştatının El paso şəhərində dəhşətli hadisəsi baş verib.

"Ölkə.Az" bildirir ki, El Paso şəhərində yerləşən "Wallmart" ticarət mərkəzinə girən silahlı şəxs atəş açmağa başlayıb.

AK-74-lə silahlanan 21 yaşlı şəxs səbəbsiz yerə insanları güllələməyə başlayıb. Hadisə nəticəsində 20 nəfər ölüb, 40-dan çox yaxın insan yaralanıb.

Daxil olan məlumata əsasən dərhal əraziyə polis yeridilib. Polis silahlı şəxsi tutub.

Hadisə barədə ölkə rəhbəri Donald Trampa da məlumat veriblər. Tramp baş verən hadisəni şəxsən izlədiyini bildirib.