30 may 2019 20:46
1145

ABŞ-da ilk uçan avtomobil nümayiş olunub

ABŞ-ın Kaliforniya ştatında hidrogen yanacaqla işləyəcək ilk uçan avtomobil nümayiş olunub.

AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, “Skai” adlandırılan altı mühərrikli avtomobil bir dəfəyə 500 kilometr məsafə qət edə və beş sərnişin daşıya biləcək. Hidrogen yanacaq sayəsində ətraf mühitə heç bir zərər dəyməyəcək.

Avtomobilin pərləri səsin mümkün qədər azaldılması üçün xüsusi olaraq hazırlanıb. Altı mühərrikli avtomobilin təhlükəsizliyi üçün bütün incəliklər nəzərə alınıb. Mühərriklərin ikisi sıradan çıxsa belə, “Skai” uçmağa davam edəcək.

Hidrogen yanacaqla işləyəcək uçan avtomobilin ilk sınaqlarının yaxın günlərdə başlaması gözlənilir.