19 yanvar 2021 17:48
661

ABŞ-da koronavirusdan ölüm sayı 400 minə çatır

ABŞ-da son sutka ərzində daha 137 885 nəfər koronavirusa yoluxub, 1381 pasiyent dünyasını dəyişib.

"İki sahil" xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-da epidemiyanın başlanğıcından bəri 24 milyondan çox yoluxma halı aşkar edilib. Pandemiya qurbanlarının sayı isə 399 min nəfəri ötüb.