“Parti bitdi. Artıq yolun sonuna gəldik. S-400-lər Türkiyədə qaldığı müddətdə F-35-lər Amerika sərhədindən çıxmayacaq”.
Publika.az xəbər verir ki, bunu ABŞ Konqresinin respublikaçı senatoru Cim Riş deyib.
“Amerikanın səsi”nin suallarını cavablandıran senator, Türkiyənin S-400-lərdən vaz keçməməsini açıqladıqdan sonra Senatın Xarici Əlaqələr Komissiyasına 29 oktyabrda Nümayəndələr Palatasında qəbul edilən sanksiya layihəsinin bənzərinin gətirilməsini istəyib.
“ABŞ-ın milli təhlükəsizliyini təşviq və İŞİD-in canlanmasının qarşısının alınması” adlı layihədə Türkiyənin Milli Müdafiə naziri başda olmaqla, bəzi ali səlahiyyətli rəsmilərin sanksiya siyahısına salınması, Türkiyəyə silah göndərilməsinin dayandırılması yer alıb. Həmçinin S-400-ə görə CAATSA sanksiyalarının tətbiqi də layihənin digər bölməsini ehtiva edir.