12 fevral 2019 17:57
271

ABŞ-dan Türkiyəyə “S-400” ÇAĞIRIŞI

Vaşinqton Ankaranı Rusiyanın raket əleyhinə müdafiə sistemlərini almamağa çağırır.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bildirib.

“Biz Rusiyanın istənilən növ zenit-raket sistemlərinin müttəfiq ölkələr tərəfindən alınmasından narahatıq”, - o deyib.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə ABŞ “Patriot” sistemlərinin alınması təklifinə baxacaq, ancaq “S-400” Rusiya komplekslərindən imtina etməyəcək.