20 noyabr 2019 12:15
793

ABŞ-ın neft ehtiyatları artıb

Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları çoxalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 5,95 milyon barrel artıb. Bazar proqnozları isə ehtiyatların 1,5 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ehtiyatlar 541 min barrel azalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.