21 avqust 2019 13:19
822

ABŞ kral ailəsini təəccübləndirib

Danimarkanın kral ailəsi Trampın səfərinin Qrenlandiya məsələsinə görə təxirə salınmasına təəccüblənib

21 Avqust, 2019  12:04

 

Danimarkanın kral ailəsi ABŞ Prezidenti Donald Trampın Kopenhagenə səfərini təxirə salmaq qərarına təəccüblənir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə kral evinin nümayəndəsi Line Ballebyu bildirib.

"Bu, gözlənilməz oldu. Hələlik bu məsələ ilə bağlı başqa heç nə deyə bilmərik", - L.Ballebyu deyib.

Xatırladaq ki, Danimarka kraliçası II Marqretenin dəvəti ilə reallaşmalı olan səfər sentyabrın 2-3-nə nəzərdə tutulmuşdu.

Bundan əvvəl ABŞ prezidenti "Twitter"də Danimarkanın Baş naziri Mette Frederiksenin Birləşmiş Ştatların Qrenlandiyanı almaq ideyasını müzakirə etmək istəməməsinə görə Danimarkaya səfərini təxirə saldığını yazıb.

Daha öncə isə D.Tramp Qrenlandiyanı almaq istədiyini rəsmi şəkildə bəyan edib. Qeyd olunur ki, ABŞ Qrenlandiyanı 10 trilyon dollar məbləğində qiymətləndirib.