13 yanvar 2021 17:18
268

ABŞ neft qiymətlərinə dair proqnozunu yüksəldib

Birləşmiş Ştatlar xam neft qiymətləri ilə bağlı proqnozunu açıqlayıb.

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 52,70 dollar olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz 48,53 dollar/barrel idi.

EIA bildirib ki, keçən il “Brent”in orta qiyməti 41,69 dollar/barrel olub. Gələn il isə “Brent”in qiymətinin 53,44 dollar/barrel olacağı gözlənilir.

Keçən il “Light” markalı xam neftin orta qiyməti 39,17 dollar/barrel olub. Cari ildə “Light”ın qiymətinin 49,70 dollar/barrel, 2022-ci ildə isə 49,81 dollar/barrel təşkil edəcəyi proqnozlaşdırılır.