15 may 2019 12:57
140

ABŞ Prezidentinin korteji qəzaya düşüb

ABŞ Prezidentinin kortejində olan üç motosiklet Luiziana ştatında qəzaya düşüb. AZƏRTACBloomberq agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı və fotoşəkilləri dövlət başçısını səfərdə müşayiət edən jurnalist Cennifer Ceykobs özünün Twitter səhifəsində yerləşdirib.

Məlumatda bildirilib ki, Vaşinqtona uçmaq üçün Luiziana aeroportuna gedən Prezident Donald Trampın zirehli avtomobili qəzaya düşməsə də, kortejdə olan bir neçə zabit bədən xəsarətləri alıb. Onları yaxınlıqdakı xəstəxanaya çatdırıblar və sağlamlıq vəziyyətlərinin sabit olduğu bildirilir.