30 oktyabr 2020 14:41
735

ABŞ tennisçisi dopinqə görə cəzalandırıldı

ABŞ tennisçisi Eşli Krattser 4 il müddətinə diskvalifikasiya edilib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, buna 21 yaşlı idmançının dopinq qəbul etməsi səbəb olub.

Tennisçidə gücə və çəki itkisinə müsbət təsir göstərən GHRP-6 maddəsi aşkarlanıb.

Onun cəzası bu ilin martından hesablanacaq. Krattserin qərarla bağlı İdman Arbitraj Məhkəməsinə şikayət etmək hüququ var.