10 fevral 2019 09:36
295

Abşeronda 38 çoxmənzilli binanın dam örtüyü yenilənib

2018-ci ildə Xırdalan şəhərində 30 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsi və kanalizasiya xətləri əsaslı təmir olunub. Bundan əlavə, Ceyranbatan qəsəbəsində 8 çoxmənzilli yaşayış binasının dam örtüyü, fasadı, pilləkən qəfəsi, Mehdiabad qəsəbəsində 1 dördmərtəbəli, 7 girişli çoxmənzilli yaşayış binasının pilləkən qəfəsi təmir edilib.
Bununla yanaşı, Ceyranbatan qəsəbəsində Təbrik küçəsi 1, 3, 5 saylı və Gündüz Abdullayev küçəsi 28 saylı çoxmənzilli yaşayış binalarının zirzəmilərinin kanalizasiya xətləri təmir edilib, binaların həyətində 360 metr kanalizasiya xətti çəkilərək zirzəmilərin subasması ilə bağlı problem tamamilə aradan qaldırılıb. Həmçinin əraziyə asfalt döşənərək nümunəvi məhəllə yaradılıb.