Abşeron rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Mehdiabad qəsəbəsində - “Bağlar” yaşayış massivində qeydə alınıb.
Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, yolu piyadalar üçün müəyyən edilməmiş hissədən keçməyə çalışan 1983-cü il təvəllüdlü Tağıyeva Gülşən Fəxrəddin qızı naməlum avtomobillə vurulub.
Yaralı dərhal saylı şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparır.