16 may 2019 11:00
252

Adambaşına 2412 manatlıq ümumi daxili məhsul istehsal edilib

2019-cu ilin yanvar-aprel aylarında ölkədə 23813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, ÜDM istehsalının 46,5 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşüb,

Məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manata bərabər olub.