02 iyul 2020 15:43
1174

Ağ Ev: Rusiya ilə bağlı kəşfiyyat məlumatları hələ təsdiqlənməyib

Rusiyanın Əfqanıstandakı amerikalı hərbçilərin öldürülməsi üçün Taliban döyüşçülərinə pul təklif etməsi ilə bağlı kəşfiyyat məlumatları hələ təsdiqlənməyib.

“İki sahil” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kayleigh McEnany deyib. O, MKİ direktoru Gina Haspel və Milli Təhlükəsizlik müşaviri Robert O'Brienin sabah Ağ Evdə Konqres liderləri ilə görüşəcəklərini və Rusiya ilə bağlı məlumat verəcəklərini deyib.

"İki sahil"